Türkiyə Silahlı Qüvvələri: Son iki gündə 49 PKK terrorçusu öldürülüb

PKK terror təşkilatına qarşı Türkiyədə aparılan irimiqyaslı əməliyyatlarda son iki gündə 49 terrorçu öldürülüb

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytında yerləşdirilən məlumatda bildirilib.
Qeyd olunub ki, Türkiyənin Çukurca bölgəsində həyata keçirilən əməliyyat çərçivəsində oktyabrın 20-də saat 23.00 radələrində 10-15 nəfərlik terrorçu qrupa, bu gün saat 02.30 - 08.30 arasında Hakkarinin Kazan Vadisində 35 nəfərlik terrorçu qrupa qarşı Hava Qüvvələrinin təyyarələri ilə atəş açılıb, çoxlu sayda terrorçu öldürüldüyü dəqiqləşdirilib. Bu gün saat 15.00 radələrində 35 terrorçunun cəsədi aşkarlanıb.

Eyni saatlarda Kazan Vadisi - Cevizli bölgəsində ilk gün baş verən atışmalarda öldürüldüyü qeyd olunan 7 terrorçunun cəsədi isə mağarada tapılıb. Bildirilib ki, Kazan Vadisində 35 terrorçunun öldürüldüyü bölgədə bu gün səhər saatlarında həyata keçirilən əməliyyatda bir qrup terrorçu görünüb, atışma nəticəsində daha 7 terrorçu öldürülüb: “Beləliklə, son iki gündə cəmi 49 terrorçu öldürülüb”.

PKK terrorçularına qarşı həyata keçirilən əməliyyatların davam etdiyi açıqlanıb.

Qeyd edək ki, bu gün Türkiyənin “TRT” kanalı Hakkarinin Kazan vadisində həyata keçirilən əməliyyatda 53 terrorçunun öldürülməsi barədə məlumat verilib.

Türkiyə mətbuatı öldürülən terrorçular arasında PKK-nın rəhbərliyində təmsil olunan üç nəfərin də olduğunu bildirib.

В этом разделе