![](/up/news/article/2011/08/thumb_iranturkey.jpg)
Türkiyə hökuməti İrandan Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət edib
Milli.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb islam respublikasının İran qazının Türkiyəyə nəqlinə dair müqavilənin şərtlərinə əməl etməməsidir.
Tərəflər arasında müqavilə 1996-cı ildə 25 il müddətinə bağlanılıb. Sənəd Türkiyəyə 10 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Nəqlə 2001-ci ildən başlansa da, türklər vəziyyətdən razı deyillər. Türkiyənin enerji naziri Taner Yıldız qazın müqavilədə nəzərdə tutulduğundan az nəql olunduğunu söyləyib: "Biz ala bilmədiyimiz qazın əvəzinə qiymətdə endirim edilməsini istəsək də, İran bundan imtina edir. Məhkəməyə müraciət etməkdən başqa yolumuz qalmayıb".