![](/up/news/article/lider/thumb_ahmad-davudoglu.jpeg)
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin İrana qarşı heç bir xarici müdaxilənin yanında və içində yer almayacağını qətiyyətlə bildirib
TRT-1 kanalının “Enine Boyuna” verilişində sualları cavablandıran Davudoğlu Fransa Məclisində qəbul edilən “erməni qanunu”nun Aralıq dənizi hövzəsindəki nüfuz mübarizəsinin bir əksi olub-olmadığı sualına Liviyada Türkiyənin Fransa ilə fikirlərinin toqquşduğunu və bunun çox aydın görünən bir həqiqət olduğunu deyib- "deyerler" xəbər verir.
Davudoğlu davamında deyib: “Tunisdə də fikir ayrılığımız oldu, o bilinmir. Tunisdə Fransa Bin-Əlinin arxasında durdu. O yüksək Fransa dəyərləri Tunisdə iflasa uğradı. Sonra Misirdə də Mübarəkin arxasında durdular. Biz Tunisdə və Misirdə çox dəqiq bir şəkildə xalqın yanında yer alarkən və Fransa inqilabının gətirdiyi dəyərləri müdafiə edərkən Fransa bunların qarşısında durdu”.