Türk ordusu PKK-çılara qarşı əməliyyatlara başlayıb

Əməliyyatlarda 1000-dək hərbçinin iştirak etdiyi bildirilir

Türkiyə ordusu ölkənin cənub-şərqində yaraqlıların cəmləşdiyi ərazidə keçirdiyi xüsusi əməliyyat zamanı 7 PKK-çını öldürüb. Təhlükəsizlik qüvvələrinin və medianın verdiyi məlumatlarda terrorçulara qarşı keçirilən əməliyyatda 1000 qədər əsgərin və vertolyotların iştirak etdiyi bildirilir-ANS PRESS türk mediasına istinadən xəbər verir.

Yaraqlılardan 5-nin bu gün, ikisinin isə dünən öldürüldüyü bildirilir.

В этом разделе