Təl-Əvivdə geniş etiraz aksiyaları keçirilib

Təl-Əvivdə minlərlə yəhudinin iştirakı ilə geniş aksiya keçirilib.

Bu aksiya vergilərin artırılması və ictimai ədalətsizliyin baş qaldırmasına etiraz olaraq keçirilib.

Fars Xəbər Agentliyinin İsrail Taims qəzetinə istinadən qeyd edib: Şənbə günü gecə minlərlə yəhudi İsrail rejiminin paytaxtı Təl-Əvivdə nazirlər kabinetinin önündə bir yerə yığışaraq Sionist cəmiyyətə hakim kəsilmiş ədalətsizliyə etiraz edib.

Sionist rejimin ictimai ədalət hərəkatının təşəbbüsü və çağırışı ilə təşkil edilən bu aksiyada etirazçılar ictimai ədalətin bərqərar edilməsini vurğulayıblar.

Qeyd edək ki, yəhudilərin bu aksiyaları ədalətin bərqərar olunmasından əlavə vergilərin artmasına və iqtisadi qənaət layihəsinə etiraz olaraq keçirilib. Daxil olan bu məlumata görə aksiyaçıların sayının çox olmasına görə polis qüvvələri Təl-Əvivdə küçələr və prospektlərin çoxunu bağlamağa məcbur olmuşdur.

Qeyd edək ki, 1 ildən çoxdur ki, yəhudilər işğal olunmuş Fələstin ərazilərində sosial ədalətin bərqərar olunmasına görə geniş aksiyalar keçirirlər.

IRIB

В этом разделе