Suriyadakı toqquşmalarda qurban sayı 110 nəfəri keçib

Suriyada təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında yaranan qarşıdurma 112 nümayişçinin həlak olması ilə nəticələnib

Bu barədə “Suriya inqilabı” müxalifət hərəkatı “Facebook” vasitəsilə məlumat yayıb.

SalamNews “Vesti”yə istinadən xəbər verir ki, dünən bir sıra Suriya şəhərlərində ölkə prezidenti Bəşər Əsədin əleyhinə keçirilən nümayişlər hərbçi və polis qüvvələri tərəfindən zorakılığa məruz qalıb. Nümayişlərin dağıdılmasında odlu silah və gözyaşardıcı qazdan istifadə edilib.

Suriyalı şərhçi Qeys Səhlülün sözlərinə görə, bəzi yerlərdə nümayişçilərin arasında ara qızışdıran təxribatçılar girərək, öz hərəkətləri ilə polislə qarşıdurmanın yaranmasına rəvac veriblər.

В этом разделе