Əhali diktatura rejiminə etiraz edir
Suriyanın Deraa şəhərində polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı 43 nəfər həlak olub.
APA-nın verdiyi xəbərə görə, bu barədə məlumatı Suriya prezidentinin informasiya məsələləri üzrə müşaviri Buseyn Şaban yayıb.
Öz növbəsində, İnsan hüquqları müdafiə təşkilatları öldürülənlərin sayının 100 nəfər olduğunu bildiriblər.
Bir qədər əvvəllər Qərb KİV-ri Deraa şəhərində polisin etiraz aksiyanı dağıtması zamanı 10 nümayişçinin öldürüldüyünü bildirmişdir.