Suriyada son iğtişaşlarda 30 nümayişçi həlak olub

Mayın 6-da Suriyada hökumət əleyhinə nümayişlərdə 30-a yaxın etirazçı həlak olub

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

SalamNews “RBK”ya istinadən xəbər verir ki, dünən Dəməşqdə, ölkənin şərqində və mərkəzi hissəsinin şəhərlərində minlərlə insanın iştirakı ilə nümayişlər baş tutub. Etirazçılar ölkə prezidenti Bəşər Əsədin istefasını tələb edirlər.

Suriya hakimiyyəti bəyan edib ki, mayın 5-də Dəraa şəhərindən ordunun çıxarılması başa çatıb. Lakin şəhər sakinlərinin məlumatına göə, hərbçilər hələ də şəhərdədirlər.

Bundan əvvəl məlum olub ki, Suriya polisi Bəşər Əsədin əsas siyasi rəqibi, Dəməşr qətnaməsini imzalamış müxalifət qrupunun rəhbəri Riad Seifi həbs edib. O, Dəməşqdə məscid yaxınlığında həbs olunub.

Martın ortalarında Suriyada divarlarda hökumət əleyhinə şüarlar yazan bir qrup məktəbli həbs ediləndən sonra xalq etirazları başlayıb. İnsanlar küçələrə çıxıb, onların azad olunmasını tələb edib. Çox keçmədən narazılıqlar ölkənin digər bölgələrinə, xüsusən də Latakiya, Baniyas, Xoms və Xama şəhərlərinə yayılıb.

Müxalifətin məlumatına görə, Suriyada etirazçılarla hüquq-mühafizə orqanları arasında baş verən toqquşmalarda 600 nəfər həlak olub. Suriyanın “Sana” dövlət televiziyası ilə yayılan rəsmi məlumatlara görə isə iğtişaşlarda 70 mülki şəxs, 78 əsgər və polis həlak olub.

В этом разделе