Suriyada silahlı qrup azyaşlı uşağı şiə olduğuna görə edam edib!

Suriyada hökumət qüvvələrinə qarşı döyüşən silahlı qruplar dinc sakinlərə hücum ediblər. Onların hücumlarına daha çox şiələr və ələvilər məruz qalırlar.

SalamNews-un ərəb mətbuatına istinadən verdiyi xəbərə görə, silahlılar Dəməşq ətrafında "Seyyidə Zeynəb" məntəqəsində yaşayan şiə iraqlının evinə hücum edərək ailənin bütün üzvlərini öldürüblər. Daha sonra ailənin azyaşlı uşağını edam edərək şəklini çəkiblər. Şəkili sosial şəbəkələrdə paylaşan vəhhabilər etdikləri əməlin savab olduğunu, şiələrin kafir olduğunu yazıblar.

Bu yaxınlarda Səudiyyə müftilərindən biri olan şeyx Məhəmməd Ureyfi Twitter səhifəsində Suriya terrorçularını “düşmənləri” (şiələri) öldürməyə səsləyib, amma edam yerindən çəkilən şəkilləri sosial şəbəkələrə yerləşdirməyi onlara qadağan edib.

В этом разделе