Suriyanın nizami ordusunun müxalifət tərəfinə keçən silahlı birləşmələri ilə Xoms şəhərində baş verən toqquşmalar zamanı Bəşər Əsəd rejiminə sadiq qalan 20 nəfər həlak olub
SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, daha 53 nəfər yaralanıb. Onlar qospitallara yerləşdiriliblər.
Eyni zamanda qarşıdurma zamanı 10-a yaxın mülki şəxs də qətlə yetirilib.
Daha öncə Xoms və Xama şəhərlərindəki toqquşmalar zamanı 40 nəfər həlak olmuşdu.
Xatırladaq ki, son 7 ay ərzində Suriyada hökümət əleyhinə çıxışlar səngimək bilmir.