![](/up/news/article/2012/10/thumb_ammar_nawar.jpg)
Suriya hökumət qoşunları ölkənin şərqindəki döyüşlərdə «Əl-Qaidə» terror şəbəkəsinin yerli başçılarından birini məhv ediblər.
Bu barədə İranın Press TV telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Deyr əz-Zor şəhəri uğrunda döyüşlərdə baş verib. Şəhəri silahlılardan təmizləyən hökumət qoşunları Əmmar Navar əl-Hacr adlı «Əl-Qaidə» liderini məhv ediblər.