Əsəd KİV-ə və siyasi partiyalara azadlıq vəd edir.
Suriya prezidenti Bəşər Əsəd ölkədə 49 ildir qüvvədə olan fövqəladə vəziyyətin ləğvi ilə bağlı komitənin formalaşdırılması haqqında fərman imzalayıb. "ANS PRESS"in “Reuters” agentliyinə istinadlı məlumatına görə, bunu jurnalistlərə Buseyn Şaban deyib. Fərmanda o da deyilir ki, KİV-ə və “Bəəs” partiyası istisna olmaqla siyasi partiyalara azadlıq veriləcək. Bu, islahatlara doğru ilk addım kimi qiymətləndirilir. Suriyanın cənubunda keçirilən etiraz aksiyalarının tələbləri arasında fövqəladə vəziyyətin ləğvi də var.
Suriyanın cənubundakı nümayişlər son bir həftə ərzində daha geniş vüsət alıb. Derya şəhərinin əhalisinin keçirdiyi nümayişin qarşısı alınıb. Təhzlükəszilik qüvvələri etirazçıların toplaşdığı məscidə hücum ediblər və nəticədə çoxsaylı tələfat olub. Ötən gün məlum olub ki, Derya şəhərinin xəstəxanasına 37 nəfərin meyiti gətirilib.
Buseyn Şaban insan tələfatını etiraf etsə də, bildirib ki, Suriya prezidenti nümayişçilərə atəş açmaq barədə əmr verməyib. “Mən şahidəm ki, əlahəzrət hətta küləvi iğtişaşlarda polis əməkdaşları və vəzifəli şəxslər də öldürülsə, silahdan istifadə etməməyi əmr edib”.
Suriya müxalifəti isə fövqəladə vəziyyətin ləğvi məsələsinin öyrənilməsi üçün komitənin yaradılması barədə təklifi rədd edib.