Suriyada 1000-ə yaxın müxalifət tərəfdarı həbs edilib

Ötən həftədən bütün ölkədə müxalifət tərəfdarlarının evlərinə reydlər keçirilir

Suriyanın güc strukturları müxalifətin istinadgahı olan Dəraa şəhərində yüzlərlə adamı həbs edib. Qeyri-rəsmi mənbələrə görə, son 3 gündə şəhərdə kütləvi nümayiş keçirənlərdən 1000-ə yaxın adam saxlanılıb. Dövlət kütləvi-informasiya vasitələri "şəhərdə üsyanın uğurla yatırıldığını" xəbər verir-ANS PRESS Euronews-a istinadən xəbər verir.

Siyasi islahatlar və hökumətin istefasını tələb edən müxalifət nümayişlərinin planlaşdırılmış şəkildə dağıdılması kampaniyasına ötən həftədən başlanılıb. Suriya polisi bir neçə gün ərzində bütün ölkədə müxalifət tərəfdarlarının evlərinə reyd keçirib.

Bir çox hərpbçilərin nümayişçilərə atəş açmaqdan imtina etdiyi bildirilir. Bəzən hərbçilərin müxalifətin tərəfinə keçən yoldaşlarına atəş açması kimi hallar baş verir. Suriyanın Daxili İşlər Nazirliyi üsyançılara müraciət edərək, mayın 15-dək silahı yerə qoymağı tələb edib.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədin istefası tələbi ilə keçirilən nümayişlərdə 500-ə yaxın adam öldürülüb.

В этом разделе