Suriya XİN: ABC telekanalı Bəşər Əsədin sözlərini bilərəkdən təhrif edib

Rəsmi Dəməşq telekanalı Suriyanı qaralamağa çalışmaqda günahlandırıb

Suriya Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ-ın ABC telekanalı prezident Bəşər Əsədin müsahibədəki sözlərini bilərəkdən təhrif edib. Məlumatı “Frans Press” agentliyi yayıb-anspress xəbər verir.

ABC telekanalına müsahibəsində Bəşər Əsəd bildirib ki, Suriyada 9 aydan çoxdur davam edən toqquşmaların qurbanları əsasən onun tərəfdarları, hərbçilər və polis əməkdaşları olurlar. Suriya prezidenti onu da deyib ki, güc strukturlarına etirazlları yatırmaq əmri verməyib. Onun sözlərinə görə, dünyanın heç bir ölkəsinin hakimiyyəti, əgər bu hakimiyyətə dəli başçılıq etmirsə, öz insanlarını öldürməz.

Bundan bir gün sonra ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib ki, Suriya prezidenti ya reallıqdan qopub, ya da dəli olub.

Suriya XİN-in mətbuat katibi Cihad Makdessi bildirib ki, ABC telekanalı Suriyanı qaralamaq üçün Bəşər Əsədin müsahibəsinin bir hissəsini yayımlamayıb. “Mən bu səhvi kimin etdiyini bilmirəm. Lakin bu səhv birələkdən edilib. Belə ki, onlar Suriyanı olduğu kimi göstərmək istəməyiblər”, - XİN nümayəndəsi deyib.

В этом разделе