Suriya Ramazan ayının sonuna kimi kosmosa yeni peyk göndərəcək

313news.net-in IRIB-ə istinadən verdiyi xəbərə görə, Suriya İnformasiya Naziri Umran əl-Zubi Suriyanın Ramazan ayının sonuna kimi kosmosa yeni peyk göndərəcəyini bildirdi.

əl-Əxbariyə kanalına müsahibə verən Suriyalı nazir sözügedən peyklə Suriya verilişlərinin başda ərəb dünyası olmaqla digər ölkələri də əhatə edəcəyini bildirdi.

Terrorçu qruplaşmaların televiziya kanallarına hücumlarının əks təsirə səbəb olduğunu bildirən Suriya İnformasiya Naziri yeni bir peyk kanalının, həmçinin yeni radio kanalının istifadəyə veriləcəyini söylədi.

Məlum olduğu kimi, terroristlərin əl-Əxbariyə kanalı və Suriya Radio-Televiziyana qurumuna hücumu zamanı 7 nəfər ölmüşdü.

В этом разделе