![](/up/news/article/lider/thumb_beshir_esed.jpg)
Suriya prezidenti Bəşər Əsəd Nazirlər Komitəsinin üzvləri ilə toplantı keçirib. Toplantı mətbuat üçün qapalı şəkildə baş tutub
Bu barədə "Deyerler" “Əl-Ərəbiyyə”yə istinadən məlumat yayıb.
Prezident ölkədə yaranmış münaqişədən çıxış üçün təklif olunan sülh planını nazirlərlə müzakirə edib. Toplantıdan ümumi reportaj Suriyanın dövlət televiziyası ilə yayımlanıb.
Londonda yayımlanan “Şark əl-Ausat” qəzeti bildirir ki, prezidentin toplantı keçirdiyi otaq qapalı otaq olub. Qəzaet toplantının yeraltı iqamətgahda keçirildiyini iddia edir.