Suriya ordusu Dəraada məscidə soxulub

Atışma zamanı 7 müxalifətçi öldürülüb

Suriya ordusu Dəraa şəhərinin qədim məhəllələrinin birində yerləşən Əl-Öməri məscidinə hücum edərək məscidi tutub. Əldə edilmiş məlumata görə, ordu üsyançıların başçıları imam Əhməd əl-Səyasini həbs etmək istəsə da buna müvəffəq ola bilməyib. Lakin atışma zamanı onun oğlu və daha altı insan öldürülüb-ANS PRESS "Euronews"a istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, hökumət Dəməşqdən Dəraaya tank yeridib və hal-hazırda şəhərin cənub və şərq hissəsində intensiv atışma səsləri eşidilir.

В этом разделе