Suriya: “Ölkədə kimyəvi silahdan üsyançılar istifadə edib”

Müxalifətin bütün vasitələrdən istifadə etdiyi bildirilir

Suriyanın informasiya naziri Omran Zaubi bu gün bir sıra Qərb ölkələrinin o cümlədən ABŞ və Britaniyanın Suriyada kimyavi silahdan istifadə edilməsinə dair iddialarına münasibət bildirib, - "Deyerler" "BBC"-yə istinadən xəbər verir.

Nazir bildirib ki, Suriya ordusu heç bir zaman kimyəvi silahlardan istifadə etməyib və belə silahlardan istifadə qanunla qadağandır.

Eyni zamanda Suriya naziri vurğulayıb ki, onların əlində Hələb şəhərinin yaxınlığında silahlı üsyançılar tərəfindən kimyavi silahlardan istifadə edildiyinə dair dəlillər var.

В этом разделе