Suriya müxalifəti: Mitinqlər dağıdılarkən azı 75 nəfər ölüb

Ötən gün hakimiyyət əleyhinə aksiyalarda on minlərlə suriyalı iştirak edib

Suriyanın müxtəlif şəhərlərində hakimiyyət əleyhinə etirazlar yatırılarkən azı 75 nəfər ölüb. Bunu Suriya müxalifətinin fəalları və hüquq müdafiəçiləri iddia edirlər. Ötən gün on minlərlə suriyalı küçələrə çıxıb və 11 ildir hakimiyyətdə olan Bəşər Əsədin istefasını tələb edib-ANS PRESS xəbər verir.

Prezident Bəşər Əsəd bir gün əvvəl fövqəladə vəziyyət rejimi haqqında qanunu qüvvədən düşmüş elan etsə də, dünən Dəməşq və digər şəhərlərin küçələrinə təhlükəsizlik qüvvələri çıxarılıb.

В этом разделе