Suriya hakimiyyəti mayın 10-da ölkənin qərbində yerləşən Baniyas şəhərində həbs olunmuş 300 nəfərə yaxın şəxsi azad edib
Bu şəhərə keçən həftə ordu qüvvələri və tanklar daxil olub. SalamNews "RİA Novosti"yə istinadla xəbər verir ki, Baniyasda su və elektrik verilişi və əlaqənin bərpa olunmağına baxmayaraq, tanklar hələ də şəhər küçələrində qalır.
Həbsxanada daha 200 nəfər, o cümlədən müxalifət fəalları qalır.
Xatırladaq ki, martın ortalarında Suriyada divarlarda hökumət əleyhinə şüarlar yazan bir qrup məktəbli həbs ediləndən sonra xalq etirazları başlayıb. İnsanlar küçələrə çıxıb onların azad olunmasını tələb ediblər. Çox keçmədən narazılıqlar ölkənin digər bölgələrinə, xüsusən də Latakiya, Baniyas, Xoms və Xama şəhərlərinə keçib.