Süfyaninin bayrağını şiələrin İmamının bayrağından uca etməliyik

İŞİD tərəfdarlarının Əhli beytə (ə) qarşı kinləri haqqında yayılan məlumatlardan onların xəvaric olduğuna dair şübhələr artıq yoxdur.

Hətta İŞİD terrorçularının xəbər portallarında yayımlanan xəbərlər, o cümlədən bu xəbərin şərh bölməsində yazılan şərhlərdən bu təkfirçi xəvariclərin əsl simaları üzə çıxmaqdadır.

İslamazeri.az-ın qısa araşdırması zamanı İŞİD portalındakı yayımlanan şərhlərdən ikisini diqqətinizə çatdırır:

"Süfyani" nikli şəxs yazır: "Şiələrin İmam Məhdisini bu cür gözləmək lazımdır (red.xəbərdə İŞİD-ın uğurları reklam edilir). O, gəlincə hamımız Süfyaniyə dəstək verməli və onun bayrağını yalançı rafizilərin bayrağından uca etməliyik".

"Abdullah ebuali" nikli şəxs isə "Rəbbim yardımçıları olsun məlun şiələrə qarşı ayaqlarını sabit qılsın və İraqda dastan yazıb, Şamda cəbhəli mücahidləri tərk edib bütün güclərilə İraqı qurtararlar".

Qeyd edək ki, bu şərhələrə oxşar açıqlamaları İŞİD-a qoşulan azərbaycanlı da etmişdi.

В этом разделе