ŞOK İDDİA: "Hz.Muhəmmədin qəbri köçürüləcək!"

313news.net saytının ingilis “The Independent” qəzetinə (independent.co.uk) istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşən Məscidi-Nəbəvinin genişləndirmə layihəsi çərçivəsində Hz.Muhəmmədin (s.ə.a) qəbrinin yerinin dəyişdirilməsinin mümkünlüyü iddia edilib.

İmam Muhəmməd ibn Səud adına Riyad Universitetinin aparıcı akademiklərindən olan Dr. Əli ibn Əbd əl-Əziz əş-Şəbalın hazırladığı mübahisə doğuracaq bu təklif sənədi Məscidi-Nəbəvinin rəhbər işçilərinə paylanıb.

Bu plan digər səudiyyəli alim Dr.İrfan əl-Ələvi  tərəfindən işıq üzünə çıxarılıb. O, müsəlman dünyasının ən müqəddəs şəhəri olan Məkkədə müqəddəs məkan və artefaktların sökülməsini, xüsusən şiə müsəlmanları tərəfindən ehtiram göstərilən Peyğəmbər qəbrinin ətrafındakı otaqların sökülməsi çağırışlarını sərt tənqid edib.

Həmçinin, 61 səhifəlik sənəddə Peyğəmbərin (s.ə.a) cəsədinin yaxınlıqdakı Bəqi qəbiristanlığına köçürülməsi və anonim olaraq dəfn edilməsi çağırışı yer alıb.

Bununla belə, hələlik mövcud plan üzrə heç bir qərar qəbul edilməyib. Qəzetin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı hökuməti daha əvvəl müqəddəs məkanlarda istənilən dəyişikliklərə çox ciddiyyətlə yanaşdıqlarını bəyan etmişdir.

“The Independent” qəzetinə mesahibəsində Dr.İrfan əl-Ələvi xəbərdarlıq edərək bildirib ki, həm sünni, həm də şiə müsəlmanları üçün bu məscidinin əhəmiyyətini nəzərə alaraq, istənilən cəhd iğtişaş alovunun baş qaldırmasına səbəb ola bilər. Həmçinin, bu istiqamətdə görülən hər hansı bir iş Suriya və İraq hadisələri səbəbindən İslamın iki qolu arasında mövcud gərgin münasibətləri daha da şiddətləndirərək faciəvi nöqtələrə gətirib çıxarmaq riski daşıyır.

Səudiyyəli radikal alimlər çoxdan bəri xütbələrdə qeyd edirdilər ki, ölkənin rəsmi dini (sünni məzhəbindən ayrılmış vəhabi cərəyanı) istənilən obyektə, yaxud müqəddəs şəxsə ibadət etməyi qadağan edir (halbuki, müsəlmanların əməlləri nə obyektə, nə də şəxsə ibadət deyil) və bu əməl şirk, yaxud bütpərəstlik hesba edilir.

İslam İrsinin Tədqiqatı Fondunun direktoru Dr. Ələvi deyir:

“İnsanlar Peyğəmbərin (s.ə.a) ailə üzvlərini yaşadığı otaqlar olan hücrələri ziyarət edir və cənazə hücrəsinə tərəf üz tutaraq dua edirlər. İndi isə onlar ziyarətçilərin ziyarətlərini və bu Məscidə göstərdikləri ehtiramın qarşısını almaq istəyirlər, çünki bu əməli şirk və bütpərəstlik hesab edirlər. İnsanların Peyğəmbəri (s.ə.a) ziyarət etmələrinin qarşısına almağın yeganə yolu isə onun cənazəsini məsciddən çıxarmaq və qəbiristanlığa dəfn etməkdir.”

Əsrlər boyu müsəlman ziyarətçilər Kəbəni ziyarət emtək üçün Məkkəyə üz tutublar. Bu Həcc ziyarəti hər bir müsəlmanın ömründə bir dəfə yerinə yetirməli olduğu dini vacibiyyətdir. Çoxları yollarını Mədinədən salırlar ki, Peyğəmbər (s.ə.a) məscidinə də ehtiram göstərsinlər.

Qəbri əhatə edən Məscidi-Nəbəvi ərəb dövlət başçıları, xüsusən Osmanlılar zamanında genişləndirilmişdir. Bu məscid Peyğəmbər (s.ə.a) və ailəsinin həyatlarını sənədləşdirən kalliqrafik əlyazmaları da özündə cəmləşdirib. Dr. Ələvi bildirib ki, bu plana əsasən həmin əlyazmalarla birlikdə Məscidin üstünü örtən yaşıl gümbəzin də sökülməsi nəzərdə tutulub.

Peyğəmbərə (s.ə.a) İslamın hər iki qolu – şiə və sünni məzhəbləri tərəfindən ehtiram göstərilir. Radikal vəhabi cərəyanı sünni əqidəsinin bir qolu olmaqla bərabər Peyğəmbər (s.ə.a) qəbrinin köçürülməsi bu iki qrup arasında da gərginlik yarada bilər.

İraqdakı cari böhranda şiə olan keçmiş baş nazir Nuri əl-Malikinin sünniləri uzaqlaşdıran və  Suriya ilə İraqda müəyyən yerlərə sahiblənmiş, amerikalı jurnalist Ceyms Foleyi öldürən İŞİD – hansı ki, sünni təşkilatdır – qiyamına səbəb olan məzhəbçi siyasəti günahlandırılır.

Dr. Ələvi əlavə edib ki, əksər sünni müsəlmanlar da şiələr kimi Peyğəmbər (s.ə.a) qəbrinin istənilən formada təhqir edilməsindən sarsılacaqlar.

Daha öncə “The Independent” qəzeti olaraq, Məscid əl-Həramın milyardlarla funt-sterlinqə başa gələn genişləndirmə layihəsinin Körfəz Məsələləri İnsitutunun məlumatına əsasən, Məkkənin 95% qədim binalarının məhvinə səbəb olduğunu yazmışdıq. Onların yerində bahalı otellər, evlər və ticarət mərkəzləri tikilmişdir.

Kral Abdulla məşhur vəhabi alimi və Məscid əl-Həramın imamı Əbd ər-Rəhman əs-Sudaisi genişləndirmə layihəsinə nəzarət üçün təyin etmişdi.

Dr. Ələvi qeyd edib ki, İmam Muhəmməd ibn Səud adına Riyad Universitetinin aparıcı akademiklərindən olan Dr. Əli ibn Əbd əl-Əziz əş-Şəbalın hazırladığı Məscidi-Nəbəvi barədə təklif sənədi Məscid əl-Həram və Məscid ən-Nəbəvinin məsələləri ilə məşğul olan yuxarı Komitəyə göndərilmişdir.

Təklif sənədinin bəzi səhifələri aidiyyəti komitənin rəsmi jurnalıdan çap edilmişdir. Onlar qəbri əhatə edən otaqların - hansı ki, vaxtilə Peyğəmbər (s.ə.a) xanımları və qızları tərəfindən istifadə edilirdi və Peyğəmbərin (s.ə.a) kiçik qızı Fatimə (ə.s) ilə əlaqəsi səbəbindən şiələr tərəfindən xüsusi ehtiram göstərilir – sökülməsi üçün çağırış edirlər.

Sənəddə həmçinin Məscidin yaşıl gümbəzinin sökülsməsinin vacibliyi və sonda Peyğəmbər (s.ə.a) qəbrinin ən yaxın qəbiristanlığa köçürülməsi çağırışı yer alıb.

“Bəqi qəbiristanlığında Peyğəmbərin (s.ə.a) bir çox ailə üzvü dəfn edilib, o cümlədən 1970-ci illərdə köçürülən Peyğəmbərin (s.ə.a) atasının qəbri də orada idi. 1924-cü ildə bütün qəbir daşları oradan götürüldü ki, ziyarətçilər burada kimlərin basdırıldığını bilməsin və beləliklə də, onlara xitabən dua edilməsin.” – deyə Dr. Ələvi bildirib.

“Peyğəmbər (s.ə.a) qəbri anonim olacaq.” – Dr. Ələvi əlavə edib. “Peyğəmbər (s.ə.a) məscidinin ətrafındakı hər şey artıq məhv edilib və buldozerlərlə əhatə edilib. Onlar hər şeyi məhv etdikdən sonra məscidə tərəf irəliləyə biləcəklər. Çox güman imam düşünür ki, məscidi genişləndirməyə ehtiyac var və bunu dünyanın diqqəti İraq və Suriyada olduğu müddətdə etmək lazımdır. Peyğəmbər (s.ə.a) qəbrinə sünnilərin əksəriyyəti tərəfindən ehtiram göstərilir və onlar heç zaman belə etməzdilər. Bu həmçinin Peyğəmbər (s.ə.a) qızı Fatimənin (ə.s) də hörmətini saxlayan şiələr üçün də əhəmiyyətlidir.”

“Mən əminəm ki, müsəlman dünyası bu açıqlamalardan şoka düşəcək və hiddət oyadacaq.”

“The Independent” qəzeti olaraq, Səudiyyə Ərəbistanının səfirliyi ilə əlaqə saxlaya bilməsək də, keçən ilki bəyənatı bir daha yayımlayırıq:

“Müqəddəs Məkkə Məscidinin inkişafı çox vacib və Səudiyyə Ərəbistanı Krallığının iki müqəddəs məscidin qoruyucusu olaraq çox cidd yanaşdığı  məsələdir. Bu rol (yəni, qoruyuculuq) Səudiyyə Ərəbistanının əsası qoyulduğu prinsiplərin mərkəzindədir.”

В этом разделе