Sionistlərdən yeni sərsəmləmə

FaktXəbərin verdiyi məlumata görə, İsrail ordusuna katolik dünyasının mərkəzi Vatikanın, Livandakı Hizbullah təşkilatına yəhudilərin necə yox ediləcəyini öyrətdiyini iddia edən bir kitabça paylanılıb. 



ABŞdakı Ortodoks Yəhudi Camaatları Birliyi ilə İsrailin Safed bölgəsinin baş xaxamının ortaq nəşr etdikləri kitabçaya görə, Papa və kardinallar Hizbullah üzvləri üçün turlar təşkil edilməsinə kömək edərək, necə yəhudi öldürüləcəyini öyrədirlər. 

"Haaretz" qəzetinin xəbərində kitabçanın İsrail ordusunda paylandığı, zabitlərin də bunu dəstəklədiyi ifadə edilir. Ordu nümayəndəsi isə kitabın əsgərlərə "yaxşı niyyətlə" paylandığını, ancaq daha sonra vəziyyətin həssaslığından ötəri paylamasını dayandırdıqlarını söyləyib. 

Kitabçada, avropalı siyasətçilərin və jurnalistlərin İsrail əleyhinə necə işlədiyi da izah edilir.


В этом разделе