Sionistlərdən "Hizbullah"a növbəti iftira

"Hizbullah"la döyüş meydanlarında və siyasi müstəvidə bacarmayacaqlarını anlayan sionistlər indi daha çox yalanlara və böhtanlara əl atmaqla, rəqiblərinə iftira yaxmağa səy göstərirlər.

İslam-Azeri.az İnternet qəzetinin İsrail KİV-inə istinadən verdiyi xəbərə görə, bu dəfə sionistlər "Miss Amerika" gözəllik müsabiqəsinin qalibi Rima Fakihin Müqavimətlə əlaqədə olmasını gündəmə gətiriblər.

Bu sərsəm ideyalara əsas kimi isə onun uşaqlıqda Livandan mühacirət etməsi göstərilir. Eyni zamanda iddia edilir ki, guya Fakihin 8 yaxın qohumu - "Hizbullah" üzvləri, 2006-cı ildə İsrailin Livana təcavüzü zamanı qətlə yetiriliblər.

Görünür, sionistlər "Hizbullah"ın vurduğu ağır zərbələrdən heç cür ayıla bilmirlər. Əgər ayılsaydılar, o zaman "Hizbulllah" sözünün mənasını, bu ideya ətrafında birləşənlərin kim olduqlarını unutmazdılar. Anlayardılar ki, "Hizbullah"la "Miss Amerika" kimi əxlaqsız müsabiqələrdə çıxış edənlər arasında heç bir əlaqə ola bilməz.

İslam-Azeri.az

В этом разделе