Sionistlər yenə dünyaya meydan oxudular

Bəşəri cinayətləri cəzasız qalan İsrail yenə də dünyaya meydan oxudu.

İslam-Azeri.az İnternet qəzetinin sionist KİV-inə istinadən verdiyi xəbərə görə, İsrailin xarici işlər naziri Aviqdor Liberman televiziya çıxışında bildirib ki, ABŞ prezidenti İsrailin daxili işlərinə və Qüdsün taleyinə qarışa bilməz.

O qeyd edib ki, “İsrail ABŞ-ın bir ştatı deyil, suveren dövlətdir və Qüdsdəki yeni yaşayış massivlərinin işasına son verməyəcək. İnşaat işləri oktyabrda bərpa ediləcək. Bu barədə baş nazirin və bütün hökumətin zəmanəti qüvvədə qalır”.

Liberman həmçinin bildirib ki, Netanyahunun ABŞ-da keçirilən nüvə sammitinə getməmək qərarını alqışlayır.

Libermanın sərsəm bəyanatı bir daha sübut edir ki, İsrail zəbt etdiyi ərazilərdə yeni yaşayış massivləri inşa etmək və İslami müqəddəsatlarını dağıtmaqla işğalçı siyasətini davam etdirməkdə qərarlıdır.

В этом разделе