Sionistlər 16 yaşlı fələstinlini öldürdülər

Fələstin torpaqlarında məskən salan yəhudilər Qəzzada bir fələstinlini qətlə yetiriblər.

İslam-Azeri.az İnternet qəzetinin FİM-ə istinadən verdiyi xəbərə görə, quduzlaşmış sionistlərin qurbanı 16 yaşlı Aysar Yasir Fəvvaz olub.

Onu xəstəxanaya çatdırsalar da, həkimlərin 3 saatlıq səyləri nəticəsiz qalıb və gəncin həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin bildirdiklərinə görə, insident silahlı radikal sionislərin fələstinlilərə hücumundan sonra meydana gəlib.

İslam-Azeri.az

В этом разделе