Sionist vandalları Həzrəti Yusif peyğəmbərin (ə) məzarına basqın edib

Onlarla sionist qəsbkar və onlara bu işdə rəhbərlik edən rejimin parlament üzvləri bu gün səhər saatlarında Həzrəti Yüsif (ə) Peyğəmbərin Nablusda yerləşən qəbrinə hücum edib

Sionist millət vəkillərilə qəsbkarlar əvvəllər ancaq gecələr gəlməyə cəsarət etdikləri məzara bu dəfə səhər hücum çəkiblər.
İşğalçı müdafiə naziri Ehud Barakın knesset üzvlərinə bu şərif məzara baş çəkmək izni verməsindən sonra 2 həftə əvvəl planlaşdırılan “tədbir” təhlükəsizlik məqsədiylə təxirə salınmışdı-"Deyerler" FİM-ə istinadən xəbər verir.
Qeyd edəki knesset üzvləri eyni əməli daha əvvəl də icra etməyi düşünmüşdülər. Lakin Fələstin təşkilatlarının xalqı müqavimətə çağıracağından qorxan qəsbkarlar bu addımlarını təxirə salmışdılar.
Xatırldaq ki, 24 apreldə Həzrəti Yusifin (ə) qəbrinə basqın zamanı sionist qəsbkarların təhrikləri nəticəsində bir sionist ölmüş, beşi də yaralanmışdı.

В этом разделе