Sionist Tsipi Livni: Mənim valideyinlərim quldur olub

“Kadima” müxalifət partiyasının lideri Tsipi Livni

Sionist İsrail rejiminin keçmiş qaniçən xarici işlər naziri, “Kadima” müxalifət partiyasının lideri Tsipi Livni öz valideyinləri barədə görünməmiş açıqlama verib.

Londonun “Nyu York Tayms” qəzetinə müsahibəsində həyasız sionist etiraf edib ki, keçən əsrin 40-cı illərində onun valideyinləri quldurluqla məşğul olublar, – “Salamnews” xəbər verir.

“Mənim valideyinlərim İsrailin əsasını qoyanlardan olublar. Onlar gizli “İrqun” təşkilatının tərkibində 1931-ci ildən etibarən Fələstin ərazisində fəaliyyətə başlayıblar. Onlar fələstinliləri bu torpaqlardan çıxarmaq üçün silah almaqdan ötəri qatarlarda quldurluq, soyğunçuluqla məşğul olublar”, – deyə kökü cinayətlə qurulmuş cəllad sionist bildirib.

Qeyd edək ki, sionist Livninin valideyinlərinin fəaliyyət göstərdiyi “İrqun” təşkilatı sionistlərin ilk terror təşkilatı olub və onlar bu dövrdən başlayaraq çoxsaylı qətliamlar həyata keçiriblər. Əksər Qərb mənbələrində də “İrqun”, terror təşkilatı kimi qeyd olunur. /Deyerler.org/

В этом разделе