Bu yaxınlarda xəbər verdiyimiz kimi ABŞ-ın xarici işlər naziri Hillari Klinton prezident Barak Obamanın İsrail rejiminin baş naziri Benyamin Netanyahu ilə son görüşməsindən danışmışdı.
O qeyd etmişdi ki, prezident Obama görüş zamanı İsrail rejimindən "Təbii
böyümə" adlandırdıqları siyasətə son qoymağı istəyib. Belə ki, İsrail
rejimi 1967-ci ildən bu günə kimi apardığı "Təbii böyümə" siyasəti
nəticəsində Qərbi Şəriyyədə 100-ə yaxın kənd salıb və burada təxminən yarım
milyon sionist yerləşdirib.
Ekspertlər isə Amerika hakimiyyətinin ilk dəfə olaraq İsrail rejiminə belə
münasibət göstərməsini diqqət çəkiblər.
Öz növbəsində İsrail rejiminin hahamları da ABŞ-ın bu istəyinə cavab veriblər.
"Dünya Bülteni" saytının verdiyi məlumata görə hahamlar ABŞ-ın İsrail
rejimindən tikililəri durdurmasını istəməsini düzgün hesab etmirlər. Hətta
ərəblərin Fələstindən köçmələrini tələb ediblər. Haham Şavir deyir ki, "Bu
torpaqlar bizim torpaqlardır. Burada yaşamaq haqqını bizə Tanrı verir.
Fələstində yaşamağı bizə Tanrı əmr edir. Ərəblər özlərinə ev tapmaq üçün başqa
yerə getsinlər".