Şeyx Qərdavi etirazçılara atəş açmağın haram olması haqqında fətva verdi

İslam alimi inqilabçıları dəstəklədiyini bildirib

Dünya Müsəlman Alimlər Biriliyinin sədri Şeyx Yusif Qərdavi Misirin "əş-Şuruq" qəzetinə açıqlamasında belə bir mövqe ortaya qoyub. 313news.net-in  ABNA-ya istinadlı xəbərinə görə, alim bildirib ki, Tunisdə başlayan bu hərəkatın ardı gəlməlidir. O bildirib ki, bunların məntiqi nəticəsi olaraq ərəb ölkələrində yaşayan insanlar azadlılq və hüquqlarını bərpa edəcəklər.

Şeyx Qərdavi bildirib ki, heç bir siyasi partiyanın çağırışı olmadan küçələrə axışanlar Misir xalqının övladlarıdır və yaxşı gələcək onların haqqıdır.

Şeyx bundan başqa etirazçılara atəş açmağın haram olduğunu deyib. "Biz əmr quluyuq" deyən polis işçilərinə isə "Siz Allahın qulusunuz. İnsan öldürmək haramdır" deyə cavab verib.

В этом разделе