Səudiyyə öz vətəndaşlarını hilalı müşahidə etməyə çağırır

Məqsəd ramazan ayının başlanğıcının müəyyən olunmasıdır

Səudiyyə Ərəbistanının ali məhkəməsi krallığın bütün vətəndaşlarını yeni Ayı müşahidə etməyə çağırır. 313news.net-in "Səudi press" agentliyinə istinadlı xəbərinə görə, bütün müsəlman əhaliyə mübarək ramazan ayının gəlişini müəyyən etmək tövsiyə olunub. Tövsiyədə bildirilir ki, "Ummul-Qura"nın təqviminə əsasən şəban ayının 29-u- iyulun 19-u axşam vaxtı yeni Ay görünəcəyi təqdirdə, sonrakı gün orucluğun əvvəli hesab olunacaq.

Məlumata əsasən, yeni hilalı adi gözlə və ya binokulla müşahidə edənlərin yaxınlıqdakı məhkəmə orqanına xəbər vermələri xahiş olunur.

В этом разделе