Səudiyyə "Hizbullah" əleyhinə 500 milyon ayırıb

Livan Milli azadlıq Hərəkatı Səudiyyə Ərəbistanının "Hizbullah" əleyhinə fəaliyyəti haqqında şok açıqlama yayıb.

313news.net-in "Yaxın Şərq Araşdırmalar Mərkəzi"nə istinadən verdiyi xəbərə görə, Livanın Milli azadlıq Hərəkatının rəsmi saytı Livanın sabiq baş naziri Rəfiq Həririnin cinayətinin "Hizbullah"ın üstünə atılması üçün Səudiyyə və ABŞ-ın 500 milyon dollar sərf etdiyini açıqlayıb.


Milli azadlıq Hərəkatı həmçinin "Hizbullah"ınn yeni sənədlər əldə etdiyini və bu sənədlərin ictimaiyyətə çıxarılacağı təqdirdə Səud səltənətinin ciddi ziyan görəcəyini önə çəkib.


Bu hərəkatın saytında qeyd edilib ki, "Hizbullah" hərəkatı bu sənədləri ölkədəki sabitliyin pozulmasından ehtiyatlanaraq üzə çıxarmayıb.

В этом разделе