Səudiyyə hakimiyyəti ABŞ-ın quludur-Taliban

Terror qruplaşması belə bir bəyanat verib

“Taliban” hərəkatı Səudiyyə Ərəbistanının Karaçi şəhərindəki konsulluğunun nümayəndəsinin qətlə yetirilməsini salamlayır. Bunu taliblərin nümayəndəsi Ehsanullah Ehsan bəyan edib.

SalamNews “Dawn News” agentliyinə istinadən xəbər verir ki, bu gün Pakistanın Karaçi şəhərində naməlum silahlılar Səudiyyə Ərəbistanının konsulluğunun əməkdaşını qətlə yetiriblər.

Ehsan qeyd edib ki, hərəkat bu qətlin məsuliyyətini üzərinə götürmür, lakin “bu cinayəti törədən təşkilatı tamamilə dəstəkləyir”.

“Səudiyyə Ərəbistanının hakimiyyəti Pakistan kimi ABŞ-ın quludur”, - deyə Ehsan vurğulayıb.

В этом разделе