Səudiyyə Ərəbistanının yeni müdafiə naziri məlum oldu

Kralın 50 ildir qubernator işləyən 75 yaşlı qardaşı müdafiə naziri təyin edilib

75 yaşlı şahzadə Salman bin Əbdüləziz Al-Səud Səudiyyə Ərəbistanının müdafiə naziri təyin edilib. O, 50 ilə yaxın müddətdə Ər-Riyad əyalətinin qubernatoru postunu tutub-"anspress" "mignews"a istinadən xəbər verir.

Yeni təyinatla bağlı fərmanı Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səudamüdafiə naziri vəzifəsində olan qardaşı Sultan bin Əbdüləzizin vəfatından iki həftə sonra imzalayıb.

Səudiyyə Ərəbistanında ən vacib postlardan biri müdafiə naziri vəzifəsidir. Müxtəlif məlumatlara görə, Səudiyyə Ərəbistanı hərbi büdcəsinin həcminə görə dünyada yeddinci yri tutur. Bu ölkə ümumi daxidi məhsulun 10 faizdən çoxunu müdafiəyə xərcləyir.

Yeni nazir kralın qardaşı və taxt-tacın üçüncü vəliəhdidir. Səudiyyə Ərəbistanının qanunvericiliyinə görə, taxt-tac fəaliyyətdə olan monarxın övladlarına yox, qardaşlarına miras qalır.

В этом разделе