Səudiyyə Ərəbistanında üç nümayişçi öldürüldü

313news.net-in "The Shia Post" və "IRIB"-ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında şiə alimi Ayətullah Nəmr Ali-Nəmrin həbs edilməsindən sonra insanlar etiraz əlaməti olaraq nümayiş təşkil etdilər.

Səudiyyə polisi tərəfindən güllə ilə qarşılanan nümayişçilərdən 3 nəfər həlak oldu. Son məlumatlara görə, onlar aşağıdakı şəxlərdir: Qasim əl-Umran, Əkbər Həsən Şəhrudi və Məhəmməd Rza Fəlfəl.

Səudiyyə Ərəbistan fəalları nümayişin dağıdılmasında döyüş mərmilərindən istifadənin beynəlxalq hüquqa zidd olduğunu bildirirlər.

В этом разделе