![](/up/news/article/dunya/thumb_yemen_etiraz.jpg)
Səudiyyə Ərəbistanında polislə nümayişçilər arasında toqquşma başlayıb
Milli.Az xəbər portalının «Press TV»yə istinadən verdiyi məlumata görə, toqquşmada ən azı, 40 nəfər xəsarət alıb. İnsident Əl-Katif şəhərində baş verib. Küçələrə çıxan insanlar bundan əvvəl Əl-Avami şəhərində nümayişə başlamış insanlara dəstək verdiklərini bəyan ediblər. Onlar öz hərəkətlərini «qiyamın başlanğıcı» adlandırır.
Polis isə baş verənlərdə «kənar qüvvələri əlinin olduğunu» bildirir. Amma konkret ölkə adı çəkilmir.