Bu ölkədə gələn ildən qadınlar bələdiyyə seçkilərində iştirak edə biləcək
Ötən gün Səudiyyə Ərəbistanı kralı ərəb qadınları üçün çox nikbin xəbərlə çıxış edib. Kral Abdulla ibn Əbdül Əziz gələn ildən etibarən qadınların bələdiyyə seçkilərində iştirak edəcəyini və onların parlament şurasına seçilmək üçün namizədliyini irəli sürə biləcəklərini deyib. Onun sözlərinə görə, qadınları müasir ərəb cəmiyyətində iştirakdan məhrum etməmək üçün onlara Şuraya bərabər əsaslarda üzv olmaq hüququ verilib-ANS PRESS xəbər verir.
Kral həmçinin bu qərarın ali dini xadimlərlə razılaşdırıldığını xüsusi qeyd edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı qadınara qarşı ən sərt qanunvericiliyi olan ölkələrdən sayılır. Bu ölkədə qadının avtomobil idarə etməsinə belə icazə verilmir.