Bayram avqustun 30-u yox, 31-i olmalı imiş
Məlum olduğu kimi bu il Ramazan bayramının vaxtı bir çox müsəlman ölkələrində fərqli qəbul olundu. İranda, Pakistanda, İndoneziyada bayram avqustun 31-i qeyd olunsa da Türkiyə və Səudiyyə Ərəbistanı ayın 30-nu bayram bildilər. Ölkəmizdə də əvvəlcə ayın 30-u bayram kimi elan olunsa da, sonradan 31-i bayram olduğu bildirildi.
Səudiyyə Ərəbistanı isə bayramın səhv gündə qeyd edildiyini elan edib. 313news.net-in məlumatına görə, Səudiyyə Ərəbistanının astronomiya heyətinin açıqlamasına görə, ərəb xalqı ayın yox, saturn planetinin görünməsinə görə, bayram ediblər: "İlin bu vaxtlarında Ərəbistanın bəzi yerlərində adi gözlə saturn planeti görünür".
Ərəbistan hökuməti əhalinin kəffarəsini ödəməyi öz üzərinə götürüb. Bunun üçün 1 milyard 600 milyon Ərəbistan rialı ayrılıb.
Misirin fətva qurumu isə bayramın avqustun 30-i olmasında israr edir. Lakin Misirin geofizika və astronomiya mərkəzi rəhbəri doktor Hətəm Əvdə məsələyə bu cür münasibət bildirib: "Bu mərkəzin dəqiq hesablamalarına görə Şəvvalın 1-i (Fitr bayramı) avqustun 31-nə düşürdü".