Əsrlərdir hakimiyyətdə olan Səud sülaləsinin şahzadəsi hesab edir ki, Suriya prezidentinin vəzifədən getmək vaxtı çatıb
Səud şahzadəsi Türki əl-Fəysal Suriya lideri Bəşər Əsədin öz xalqına qarşı gücdən istifadə etdiyinə görə, istefasının zəruri olduğunu bildirib. 313news.net-in "dunyabulteni"nə istinadlı xəbərinə görə, Vaşinqtonda səfərdə olan əl-Fəysal bildirib ki, Suriya rəhbərliyi axan qanların dayanması və siyasi dialoqun başlanması üçün ərəb birliyinin verdiyi təlimatları yerinə yetirməkdə aciz olub.
Əvvəllər Səudiyyə Ərəbistanının kəşfiyyat rəhbəri olmuş Türki əl-Fəysal bildirib ki, hər gün Əsədə qarşı müxalifət daha böyüyəcək və onun istefadan başqa yolu qalmayacaq.