Əsgəreyn hərəminin kənarında böyük bir məscid inşa ediləcəkdir.
İraqın tarix müəssisəsinin və mədəniyyət mirasının üzvü Hüseyn Əli Muhəmməd Samirra şəhərində olan Əsgəreyn (ə) hərəminin yanında böyük bir məscidin və zirzəminin inşasını xəbər vermişdir.
O, Əsgəreyn (ə) hərəminin bərpa komitəsinin üzvüdür. Hərəmin ətrafındakı qazma işləri başlanmışdır və bu məscid hərəmin şimal hissəsində inşa ediləcəkdir. Bu məscidin həyəti 50 metrdir və günbəzi 30 metr olacaqdır ki, üzərində Kərbəla naxışları işlənəcəkdir. Məscidin tavanı 14 kiçik və bir böyük günbəzdən ibarət olacaqdır.
Qeyd etmək lazımdır ki, 2006-cı ildə atılan bomba nəticəsində Əsgəreyn (ə) hərəminin dağılan hissələrinin bərpa edilmə işləri sona çatmaqdadır.
Deyerler.org