Rəfah qapısı açıldı

İsrail isə qəzəblidir

Diktator Mübarəkin devrilməsindən sonra Misirin Fələstin siyasətindən ciddi dəyişiklər başlayıb. 313news.net-in "timeturk" saytına istinadən verdiyi xəbərə görə, bu gün Misirlə Qəzza sektoru arasındakı Rəfah keçid məntəqəsi açılıb. Qərara əsasən, qadınlar, uşaqlar və 40 yaşından yuxarı kişilər bu məntəqədən asanlıqla keçə biləcək. 18-40 yaşarası fələstinli kişilərin keçməsi üçün icazə almaq lazım olacaq. Bu qərarın Qəzzanın iqtisadiyyatında köklü canlanmaya səbəb olacağı gözlənilir.

İsrail isə Misirin bu qərarına sərt rekasiya verib. İsrail rəhbərliyi bildirib ki, Fələstinli müdafiəçilər bu yolla silah keçirəcəklər.

 

В этом разделе