Fələstinin xarici işlər naziri Raid Əl Malki İsraillə sülh müzakirələrinin bərpası çağırışlarının kifayət etmədiyini bildirib
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, İsrailin Fələstin ərazilərində yəhudi yaşayış məntəqələrinin inşasının dayandırılmasına çağırılmır. Nazir bundan əlavə Yaxın Şərq kvartetinin planını da tənqid edib. O deyib ki, İsrailin 1967-ci ilədək olduğu sərhədlərinə qayıtmamaq barədə çağırışı yer almayan plan natamamdır. ABŞ, Rusiya, BMT və Avropa İttifaqı nümayəndələrindən təşkil edilən kvartet sulh müzakirələrinin bir ay ərzində bərpası və gələn ilədək razılıq əldə edilməsini təklif edib.
Xatırladaq ki, BMT-nin Baş Assambleyasında çıxışı zamanı Mahmud Abbas İsraili “işğalçı” adlandırıb, O deyib ki, İsrailin fələstinlilər üzərindəki nəzarəti “müstəmləkə işğalıdır”. Abbas İsrailin Fələstin ərazilərində yəhudi yaşayış məntəqələri inşa etməsinin sülh prosesinə mane olduğunu və fələstinlilərin təktərəfli dövlət elan etməkdən başqa çarəsi olmadığını deyib.