"Qüds günü" - İsrailə etiraz günü

"Qüds günü" münasibətilə bu gün İranın bütün şəhərlərində Fələstin xalqı ilə həmrəylik nümayiş etdirilməsi üçün mitinqlər keçirilir.

İranın paytaxtı Tehran başda olmaqla, bir neçə şəhərlərdə insanlar küçələrə axışaraq "İsrailə ölüm", "Amerikaya ölüm" "Qüdsə azadlıq" şüarları səsləndiriblər

Aksiya iştirakçıları İsraili ağır cinayətlərdə ittiham edərək Fələstin xalqı ilə həmrəy olduqlarını bəyan ediblər.

1979-cu il İran İslam İnqilabından sonra İslam İnqilabının banisi İmam Xomeyni Fələstin xalqı ilə həmrəyliyi nümayiş etdirmək məqsədilə hər il Ramazan ayının sonuncu cümə gününü "Qüds günü" elan edib. O vaxtdan etibarən hər ilin bu günü dünyanın bir çox ölkələrində İsrailə, sionizmə, işğalçılığa, bir sözlə zülmə etiraz əlaməti olaraq aksiyalar keçirilir.

В этом разделе