Qərdavi qondarma "erməni soyqırımı"na qarşı çıxdı

Fransanın qəbul etdiyi bu qanunu pislədiyini deyən din alimi bütün müsəlman dünyasını Türkiyəyə dəstək verməyə çağırıb

İslam dünyasının böyük din alimlərindən biri olan Yusif əl Qərdavi Fransa parlamentinin qəbul etdiyi qondarma "soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu kəskin pisləyib. Məlumata görə, Qərdavi Qətərin ən böyük məbədi olan “İmam Muhammed Bin Abdulvahab” məscidində oxuduğu cümə moizəsini Fransanın qəbul etdiyi bu qanuna həsr edib. Fransanın qəbul etdiyi bu qanunu pislədiyini deyən din alimi bütün müsəlman dünyasını Türkiyəyə dəstək verməyə çağırıb- "anspress" xəbər verir.

“Fransa parlamentinin qəbul etdiyi bu qanun Türkiyə üçün böyük təhqirdir. Bu qanun şanlı Osmanlı tarixinə atılan böhtandır. Bu qanunu qəbul edən Fransanı şiddətlə pisləyirik. Biz Türkiyənin tərəfindəyik” – deyə Yusif əl Qərdavi bildirib.

В этом разделе