"Mavi Mərmərə" gəmisinə təşkil etdiyi hücumdan sonra Türkiyə ilə İsrail əlaqələrində yaranan soyuqluq Vyanada da hiss olunub
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Türkiyə Prezidenti Abdulla Gül İsrailin müdafiə naziri Ehud Barakın iştirak edəcəyini öyrəndiği üçün Avstriya Prezidenti Heinz Fişerin 4-cü Dünya Siyasət Konfransında iştirak edən dövlət və hökumət başçıları şərəfinə verdiyi ziyafətə qatılmayıb.
A.Gül konfransdan əvvəlki foto çəkilişində də eyni səbəbə iştirak etməyib.
Türkiyənin məsul şəxsləri bir neçə gün əvvəldən ziyafətdə iştirak edənlərin siyahısını istəsə də, siyahı dünən axşam verilib və İsrailin müdafiə naziri Barakın da qonaq olduğu ortaya çıxıb. Bunu öyrənən Prezident Abdulla Gül ziyafətdə iştirak etmək istəməyib.
E.Barak və onu müşayiət edən nümayəndə heyəti Prezident Abdulla Gülün konfransın açılışında etdiyi çıxışından əvvəl salondan ayrılıb.