Netanyahu Fələstin lideri ilə görüşmək üçün Ramallaha getməyə hazır olduğunu açıqlayıb

Binyamin Netanyahu

İsrailin baş naziri Binyamin Netanyahu Fələstin hökumətinin lideri Mahmud Abbasla sülh müzakirələrinə yenidən və şərtsiz başlanmasına hazır olduğunu deyib

O bildirib ki, Mahmud Abbası Qüdsdəki evinə dəvət edə və yaxud özü Ramallaha gedə bilər.

SalamNews-un “Zaman” qəzetinə istinadən verdiyi xəbərə görə, Netanyahu bu həftə sonu görüşəcəyi Mahmud Abbasa iki sualının olduğunu bildirib. O, suallarını da aşıqlayıb: “Niyə gəlib İsrail ilə müzakirə aparmırsan?”, “Niyə yəhudi dövlətini tanımağı qəbul etmirsən?”

İsrail baş naziri daha sonra fələstinlilərin tələb etdiyi kimi, 1967-ci il sərhədlərinə çəkilmək niyyətində olmadığını da bildirib.

В этом разделе