İsrailin baş naziri İranın ali dini liderinin çıxışına cavab verib
İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneyinin Tehranda keçirilən "5-ci beynəlxalq Fələstinə dəstək konfransı"nda etdiyi çıxış İsrail rəhbərliyini qəzəbləndirib. Ayətullah Xameneyi bildirib ki, Fələstində İsrail dövlətinin yaradılması işğaldır və qəbuledilməzdir. Ona görə də bu torpaqlar bütövlükdə Fələstinə məxsus olmalıdır.
İsrailin baş naziri Benyamin Netanyahu isə "Yerusəlim post" qəzetinə müsahibəsində bildirib ki, deyilənlər sübut edir ki, İsrail haqlıdır: "Onların İsraili məhv etməyə yönəlik addımları bizim ölkəmizin təhülkəsizliyini qorumaq və İsrailin yəhudi dövləti kimi tanınması üçün təkidimizdə haqlı olduğumuzu sübut edir".