Nəsrullahdan Fransanın səfirinə rədd cavabı

Seyid Həsən Nəsrullah

Livan "Hizbullah" Partiyasının baş katibi Seyyid Həsən Nəsrullah Fransanın Livandakı səfirinin görüş istəyinə 4 dəfə rədd cavabı verib.

İslam-Azeri.az internet qəzetinin "Əs Səfir" qəzetinə istinadən verdiyi xəbərə görə, Rəfiq Həriri cinayətində "Hizbullah"la bağlı açıqlamasından sonra Fransanın Livandakı səfiri Denis Piettonun "Hizbullah" liderilə görüşmək istəkləri Seyyid Həsən Nəsrullah tərəfindən rədd edilib.

"Hizbullah" rəsmilərindən biri açıqlamalarında Seyyid Nəsrullahın görüş üçün vaxtının olmadığını önə çəkərək deyib: "Fransanın Həriri cinayətilə bağlı "Hizbullah" barəsində açıqlamaları görüşmək üçün əsas mövzusudursa, biz Fransanın mövqeyini bilirik. Və yeni görüş və açıqlamalara ehtiyac duymuruq".

В этом разделе