Müqəddəs Nəcəf şəhəri İslam mədəniyyəti paytaxtı elan edilib.
“Deyerler.org” -un verdiyi verdiyi məlumata görə, İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin Bakıda keçirilmiş 6-cı iclasında İraqın müqəddəs Nəcəf şəhəri 2012-ci il İslam mədəniyyəti paytaxtı elan edilib.
Bununla əlaqədar olaraq, artıq indidən İraqın Mədəniyyət Nazirliyi keçiriləcək tədbirləri planlaşdırmağa və onların büdcəsini hesablamağa başlayıb.
Xüsusi olaraq, Nəcəf şəhərində yerləşən bir sıra müqəddəs hərəmlərin bərpası planlaşdırılır. Nəcəf şəhərinin meri Adnan əl-Zurfi bildirib ki, bəzi tarixi məkanların yenidən bərpa edilməsi üçün artıq 78 milyon dollar ayrılıb.