Misir öz səfirini geri çağırdı
Misir hökuməti İsraildəki səfirini geri çağırıb. Eyni zamanda İsrailin Misirdəki səfiri Qəzza zolağının atəşə tutulması ilə bağlı Misir XİN-ə çağırılıb. Bu barədə APA Reyter agentliyinə istinadən məlumat verir.
İsrail Qəzza zolağında irimiqyaslı əməliyyata başladığını elan edib. Əməliyyat HƏMAS hərəkatının hərbi qanadının rəhbəri Əhməd əl-Cabarinin öldürülməsi ilə başlayıb. İsrail əməliyyatın fələstinli silahlıların intensiv raket atəşinə qarşı keçirildiyini bəyan edib.